COJEP World Network üzvləri Anadolu Agentliyində

Anadolu Agentliyi World Languages-ın baş redaktoru Erman Yüksel və Agentliyin digər nüçayəndələri ilə görüş keçirilib. Görüş çərçivəsində Erman Yüksel, qlobal baxışı və işi haqqında təqdimatla çıxış etdi.
Anadolu Agentliyinin dünyanın müxtəlif yerlərində 41 ofisi olduğunu və yüzlərlə müxbirinin müxtəlif ölkələrdə çalışdığını bildirən Yüksel, Agentliyin “7 qitədə xəbər işi gördüyünü” qeyd edib. Agentliyin 13 dildə yayım fəaliyyətləri haqqında məlumat verən Yüksel, “Gündə 2000-dən çox xəbər, 2800-dən çox şəkil, 23 canlı yayım və 8 infoqrafika istehsal edirik” dedi.

Yüksel təqdimatından sonra nümayəndə heyəti üzvlərinin AA-nın işi ilə bağlı suallarını cavablandırıb. Görüşdə ”Misra” informasiya mübadiləsi və təşəbbüsləri” İB-nin sədri Fuad Abbasov tərəfindən layihə təqdim olundu. İlkin olaraq layihə qəbul olunub, növbəti dəyərləndirmə mərhələsindədir. Layihə Post sovet məkanında türkəsilli müdia qurumları və QHT-lərlə əməkdaşlıq çərçivəsində internet TV yaradılmasını nəzərdə tutur.
Görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva da iştirak edib.