top of page

“COJEP: Könüldən Könülə Türkiye Görüş layihəsi”















“COJEP International Netvork-e üzvrlərinin “COJEP: Könüldən Könülə Türkiye Görüş layihəsi” üzrə Beynəlxalq Əməkdaşlıq Platforması çərçivəsində Türkiye rəsmi dövlət qurumlardında görüşləri gerçəkləşdi.”

Türkiyə AK Partiyası Qadın Qolları Başkanı xanım Ayşə KEŞİR və Partiyanın digər nümayəndələri ilə görüş keçirildi. COJEP International prezidenti Ali GEDİKOĞLU COJEP Network və fəaliyyət dairəsinin genişləndirilməsi perespektivləri haqqında və Koordinatorluqlar haqqında məlumat verdi. “Könüldən Könülə Türkiyə Görüş layihəsi”nin iştirakçısı olan QHT-lər layihələrinin yer aldığı dərgi xanım Ayşə KEŞİRə təqdim olundu. Xanım Ayşə KEŞİR, Türkiyə Prezidenti, AK Partiyanın Genel Başkanı Receb Tayyib Erdoğan tərəfindən göstərilən dəstək, AK Partiya iqtidara gəldikdən qısa müddət sonra yaradılan qadın qolları qadınların partiyadaxili işlərdə fəal rol alması və siyasətdə fəal iştirak etmək imkanı əldə etməsi, qadınların siyasətdə fəal iştirakı üçün yaradılmış müxtəlif mexanizmlər, qadın şöbələrinin təşkili və digər məsələlərlə bağlı çıxış etdi.

Türkiyə AK Partiyası Qadın Qolları Başkanı xanım Ayşə KEŞİR COJEP International Network fəaliyyətinin inkişafı istiqamətində Türkiyə AK Partiyası Qadın Qolları tərəfindən dəstəklənəcəyini bildirdi.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva tərəfindən AK Partiyası Qadın Qolları Başkanı Ayşə xanım KEŞİRə layihəsini təqdim edildi. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası haqqında məlumat verildi. İlkin olaraq layihə qəbul olunub, növbəti dəyərləndirmə mərhələsindədir. Layihədə Azərbaycanın cənub regionlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına təşkilati-texniki xidmətlərin göstərilməsi nəzərdə tutulur. Layihə Azərbaycanda sağlam qida və aztəminatlı ailələrdən olan qadınların işlə təmin olunmasını nəzərdə tutur.




0 views
bottom of page