top of page

Bu günə qədərdavam edən iki ölkə əlaqələrinə iş qadınları da daxil olur.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası , Türkiyədə TurkAz iş qadınları platforması güclərini birləşdirir.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və TurkAz İş Qadınları Platforması olaraq istər mədəni, istər ticari, istərsə də sosial layihələri ilə iki ölkənin qardaşlıq əlaqələrini sürətləndirmək və fayda vermək arzusu ilə yola çıxdıq. Bu yolda doğruluq və zəhmətlə, iki ölkəyə olan sevgimizlə var olmağa çalışırıq.



Azərbaycanlı və türk qadınlar sentyabrın 13-də keçirilən Türkiyə-Azərbaycan İş Qadınları Platformasının tanıtım gecəsində bir araya gəldi. İki ölkədən iş qadınlarının görüşdüyü təqdimat gecəsinə iş dünyasından siyasətə, bürokratiyadan mədəniyyətə qədər önəmli adlar qatılıb. Qeyd edək ki, Türkiyə və Azərbaycanın iş qadınları indiyədək inkişaf etmiş ikitərəfli ölkə münasibətlərini sürətləndirirlər. TürkAz İş Qadınları Platforması da qadınların gücünü iki qardaş ölkənin gücünə qatır. Üstəlik, iqtisadiyyata töhfə verən qadınlar bir araya gələrək iş dünyasında iz qoyurlar.



Qeyd edək ki, TurkAZ İş Qadınları Platformasının mərkəzi İstanbuldur və onun Azərbaycan tərəfdaşı İqtisadiyyat Nazirliyinin tabeliyində olan AQSİA (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası) və onun İdarə Heyətinin sədri Səkinə Babayeva və TürkAz Platformasının təsisçi və prezidenti Yeganə Quliyevadır.

0 views