top of page

BSC consulting şirkətinin ekspert mütəxəssisləri ilə görüş keçirildi.

Gəncə şəhərində regionda fəaliyyət göstərən iş adamları, AQSİA üzvü olan qadın sahibkarlar və AQSİA-nın Gəncə, Şəmkir və Tovuz nümayəndəliklərinin iştirakı ilə sahibkarlıq fəaliyyətində hüquq, maliyyə-mühasibatlıq, kadr sənədləşməsinin qanunvericiliyin tələbinə uyğun aparılması mövzusunda BSC consulting şirkətinin ekspert mütəxəssisləri ilə görüş keçirildi.


AQSİA üzvü, BSC consulting-in direktoru Venera xanım Mütəllimovanın təşəbbüsü ilə keçirilən bu görüşdə sahibkarlara onların fəaliyyət sahələrinə aid olan hüquq, maliyyə- mühasibatlıq ,kadr sənədləşməsi, insan resurslarının idarəedilməsi, xidmət və məhsulların satışı prosesində sənədləşmələrin qanunvericiliyin tələbinə uyğun aparılmasının vacibliyi haqda məlumatlar verildi və sahibkarların bu mövzularla əlaqədar yaranmış sualları cavablandırıldı.


Qeyd edək ki, BSC consulting artıq paytaxtla yanaşı Gəncə şəhərində də sahibkarların xidmətindədir

0 views