BMT Qadın Agentliyi (UNWOMEN) və BMT Əhali Fondu (UNFPA) tərəfindən icra olunan, Avropa İtt
Gender Bərabərliyi Naminə: Birlikdə Gender Stereotiplərinə və Gender Əsaslı Zorakılığa Qarşı" proqramı çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası tərəfindən icra olunan “Gender yönümlü və çoxtərəfli əməkdaşlıq vasitəsilə Davamlı inkişaf yolunda qadınların potensialının gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində 19 və 20 may 2022-ci il tarixində Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində layihə benefisiarları – qadınlar və kişilər üçün keçirilən Gender məlumatlılığı və həssaslığına dair təlimlər başa çatmışdır.

Təlimin məqsədi iştirakçılara gender bərabərliyi üzrə bilik və məlumatlılığı artırmaqla, onların sahibkarlıq fəaliyyətləri ilə məşğul olarkən və ümumilikdə gündəlik yaşam tərzində gender məsuliyyətli yanaşma tətbiq etmələrini aşılamaq idi.