BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüş
AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb.
Görüş zamanı AQSİA haqqında ətraflı məlumat verən Səkinə Babayeva bildirib ki, assosiasiyamız hər zaman BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini əsas tutaraq öz layihələrini həyata keçirir. Görüşdən məmnunluğunu bildirən Vladanka xanım bildirib ki, qadın sahibkarlara dəstək mexanizmlərimiz və layihələrimiz olduqca orijinaldır. Eyni zamanda Azərbaycanda assosiasiyaların sahəvi inkişafının dəstəklənməli olduğunu xüsusi vurğulayan BMT əməkdaşı qeyd edib ki, bu sahədə AQSİA öz missiya və vizyonunu daimi inkişaf etdirir.

Həmçinin, AQSİA sədri Səkinə Babayeva “Şuşa ili” çərçivəsində xüsusi maraq doğuran “Qarabağ İncilərinin Avropa Sədası” layihəsi haqda məlumat verib və layihənin kitabını Vladanka xanıma təqdim edib.