top of page

#BiznesdəQadınlarınGücü” adlı layihə elan edilir.

Rabitabank ASC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA-nın birgə təşkilatçılığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının (#ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (#AQSİA) tərəfdaşlığı ilə “#BiznesdəQadınlarınGücü” adlı layihə elan edilir.

Məqsəd qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərilməsi, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır.

Layihəyə müxtəlif sahələr üzrə mikro, kiçik və orta sahibkarlıqla məşğul olan, layihə iştirakçılarının seçim meyarları və tələblərinə uyğun gələn qadın sahibkarlar qəbul edilir.

Layihə çərçivəsində müxtəlif mövzularda (Maliyyənin idarə edilməsi - Korporativ hüquq - Əmtəə nişanı, potent hüququ - Biznesin strateji inkişafı və biznes planlaşdırma-modelləşdirmə - Satış və marketinq - Elektron ticarət və rəqəmsal bacarıqlar - Rəqəmsal aləmdə şəxsi brendin tanıtımı - İR idarə edilməsi - Project menegment - Biznes Planın hazırlanması – İnvestisiyanın cəlb olunnması- Zamanın idarə edilməsi- Biznes Psixologiya - Dövlət qurumları ilə münasibətlər və hesabatlılıq və s.) seminarlar, istehsalat təcrübəsi, “netvorkinq” tədbirləri təşkil ediləcəkdir.

Layihənin sonunda qaliblərin mükafatlandırılması nəzərdə tutulur.

Qadın sahibkarların təqdim etdiyi ən yaxşı 3 layihə seçilərək, qaliblərə bizneslərinə dəstək üçün aşağıdakı məbləğdə pul mükafatları təqdim ediləcəkdir: • 1-ci yer - 5000 AZN • 2-ci yer - 3000 AZN • 3-cü yer - 2000 AZN

Layihədə iştirak etmək istəyən qadın sahibkarlar aşağıdakı linkə daxil olaraq, 2022-ci il 09 dekabr tarixinədək müraciət edə bilərlər: https://bit.ly/3iGusBu

Layihə 2023-cü ilin Yanvar ayından başlayaraq 2023-cü ilin Mart ayınadək davam edəcək.

2 views