"Biznesdə qadınların gücü" layihəsi üzrə növbəti təlim və mentorluq görüşü baş tutub
AQSİA nümayəndələrinin iştirakı ilə Rabitəbank və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) birgə təşkilatçılığı, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və "Marsol" MMC-nin tərəfdaşlığı ilə həyata keçirilən "Biznesdə qadınların gücü" layihəsi üzrə növbəti təlim və mentorluq görüşü baş tutub və AQSİA-nın fəaliyyəti və üzvlük haqqında layihənin benefesiarlarına məlumat verilib.