top of page

#Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı”

"Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” (EU4GE ) layihəsindən nümayəndə heyəti - Dilara Büyüktaş, Filiz Cecen və Fərid Malikov ilə AQSİA İdarə heyətinin sədri Səkinə Babayeva və bir sıra əməkdaşların iştirak etdiyi görüş keçirilmişdi.

Görüş zamanı Avropa İttifaqı, BMT və bir sıra beynəlxalq təşkilatlarla AQSİA arasındakı indiyədək işlənmiş layihələr haqda danışılmış və gələcək birgə layihələrin icrası ilə bağlı məsələlər haqda geniş müzakirələr aparılmışdır.


Öz çıxışında AQSİA-nın həyata keçirdiyi layihələrdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslandığını, bunu xüsusi prioritet halına gətirdiyini bildirən AQSİA sədri Səkinə Babayeva əlavə edib ki, assosiasiyamız hər zaman genderyönümlü layihələrin icrasında maraqlıdır.


1 view