Bir millet, iki devlet, hep birlikte elele
Bu gün Liv Bona Dea Hospitalda İstanbuldan gələn və Azərbaycan könüllülərindən ibarət qrupun qadının gücü və cəmiyyətdəki yerinin müzakirəsi ilə bağlı “Bir millet, iki devlet, hep birlikte elele” adlı tədbir keçirilmişdir. Monik İpekelin moderatorluq etdiyi “Nəsilləri yaradan qadın gücünün cəmiyyətdəki yerini önə çıxartmaq” adlı seminarda AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva da iştirak etmiş və müzakirələrə qoşulmuşdur.



Liv Bona Dea Hospital və AQSİA arasında gələcək layihələrin birgə görülməsi, o cümlədən sosial-iqtisadi, mədəni sahədə əməkdaşlığın inkişafını nəzərdə tutan razılıq əldə olunmuşdur.