Bilal Ərdoğan bu dəfəki Bakı səfərində proqramının sıx olmağına baxmayaraq Bakı Tekstil Fabrikinin..
direktoru, Azərbaycanda Qadın Sahibkarları Assosasiyanın idarə heyətinin sədri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qadın Qolları Başkanı Səkinə Babyeva ilə görüşə xüsusi zaman ayırdı.

Xanım Babyeva bu görüşdə Bilal Ərdoğana tekstil haqqında, Azərbaycanda qadın sahibkarlar haqında ətraflı məlumat verdi və onun üçün hazırlanmış xüsusi Qarabağ və Şuşa ilə bağlı hədiyyələri təqdim etdi.
