“Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu” ilə bağlı iştirakçılar artıq Bakıda görüşüblər.
8-9 fevral 2023-cü il tarixlərində keçirilməsi planlaşdırılan “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu” ilə bağlı iştirakçılar artıq Bakıda görüşüblər.


Görüş zamanı Azərbaycan, Rusiya və Almaniyadan iştirakçılar ilkin tanışlıq prosesindən keçib, maraqlı işgüzar oyun və seminarlar keçirdi.
AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva salamlama nitqində bildirib ki, qadın sahibkarlığına dəstək olmaq və belə beynəlxalq layihələrin ölkəmizdə də keçirilməsini təmin etməkdən qürur duyur və 8-9 fevralda Bakıda keçiriləcək "Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu" ölkəmizdə yeni layihələrin beynəlxalq tərəfdaşlarla keçirilməsi üçün yaxşı fürsətdir. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası olaraq BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”-ni əhatə edən layihələrin keçirilməsində hər zaman maraqlıdır

Layihənin təşkilatçıları: Mediaost Events und Kommunikation GmbH (www.mediaost.de), Beynəlxalq Qadın və Sosial Sahibkarlığın İnkişafı Mərkəzi VEIA (www.weia-world.com) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (www.aqsia.az).
Layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir.
