Bakıda Pakistan Milli Günü ilə bağlı tədbir keçirilib.Tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bi..
Bilal Haye, Milli müdafiə sənayesi naziri Mədət Quliyev, şeyxülislam Hacı Allahşükür Paşazadə, ombudsman, millət vəkilləri, attaşelər və digər rəsmilər iştirak edib.Tədbiri giriş sözü ilə açan Bilal Haye ölkələrimiz arasında güclü dostluq bağlatısının olduğunu deyib, müxtəlif sahələrdə əlaqələrimizin ildən-ilə inkişaf etdiyini diqqətə çatdırıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Kəşmir məsələsində Pakistana göstərdiyi davamlı dəstəyə görə Azərbaycana təşəkkür edib.

Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva və üzvləri iştirak edib.