Bakıda keçirilən Azərbaycan və Belçika sahibkarları arasında görüşdə iştirak edib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri #SəkinəBabayeva İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Belçikanın Valloniya regionu üzrə İxrac və Sərmayə Agentliyi (AWEX) və Flandriya Sərmayə, Ticarət və İxrac Agentliyinin (FIT) birgə təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan və Belçika sahibkarları arasında görüşdə iştirak edib.

Görüş Belçikada səhiyyə, enerji, nəqliyyat, kimya sənayesi, ticarət, investisiya və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin ölkəmizə təşkil edilən ticarət missiyası çərçivəsində təşkil olunub.
Tədbir çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühiti, İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinə dair təqdimatlar keçirilib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb