top of page
Writer's pictureAqsia Assosication

Bakıda Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu keçiriləcək.

8-9 fevralda Bakıda Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu keçiriləcək.

Foruma hazırlıq çərçivəsində 8 komanda yaradılıb.

Layihə iştirakçıları ilkin olaraq Bakıda görüşüb, öz layihələrini iştirakçılara təqdim ediblər.

Növbəti komandadan Gulnara Ismailova və Nataşa Venter öz "Biznes İmic Lab" (BİL) adlı layihələrini təqdim ediblər.


"Biznes İmic Lab" platforması ekoloji və etik davamlılığa xüsusi diqqət yetirməyi özünün əsas hədəfi kimi qəbul edib. Biznes Imic Lab əsas məqsədi öz mövcud biznesini təkmilləşdirmək, gəlirliliyi artırmaq, prosesləri strukturlaşdırmaq və yeni yanaşmalar axtarmaranlar üçün çevik platformadır.

Azərbaycan-Almaniya birgə layihəsinin buraxılışında - Azərbaycan və Almaniyadan olan social sahibkarlar və startuplar üçün 18 yanvar 2023-cü ildən Onlayn marafon start götürür. Marafon zamanı hər 2 ölkədən olan təcrübəli ekspertlərin iştirakı ilə 4 mövzü ətrafında sessiyalar təşkil olunacaq. Mövzular: Liderlik və kouçinq; Satış kanalları, Vizual imic və brendinq; Onlayn Marketinq haqqındadır.

Hər bir sessiya zamanı adı çəkilən sahələrə dair nəzəri biliklər əldə edə, 5 addım fəaliyyət konsepsiyasını öyrənə biləcəklər, həmçinin iştirakçılar bizneslərinin idarəsi zamanı qarşılaşdıqları keysləri müzakirəyə çıxara bilər və ekspertlər tərəfindən məsləhətlər ala biləcəklər.


Layihənin təşkilatçıları: Mediaost Events und Kommunikation GmbH (www.mediaost.de), Beynəlxalq Qadın və Sosial Sahibkarlığın İnkişafı Mərkəzi VEIA (www.weia-world.com) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (www.aqsia.az).


Layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir.


2 views

Comentarios


bottom of page