Bakıda Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu keçiriləcək .
Updated: 4 days ago
8-9 fevralda Bakıda Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu keçiriləcək .
Forum çərçivəsində layihə iştirakçıları ilkin olaraq Bakıda görüşüb, öz layihələrini iştirakçılara təqdim ediblər.

İlk layihə Azərbaycandan “Maestro School” İT məktəbinin həmtəsisçisi və direktoru Leyla Səfərli , Rusiyadan mult-shkola.ru layihəsinin rəhbəri Olqa Dunaevskaya və sahibkar, metodist, sosial və təhsil layihələri üzrə mütəxəssis Yuliya Smekalina öz birgə layihələrini təqdim ediblər.

Layihənin əsas məqsədi təhsil və rəqəmsal animasiya oyunlarının yaradılması yolu ilə 9-13 yaşlı uşaqların mənəvi-əxlaqi keyfiyyətlərini inkişaf etdirməkdir. Öyrənmə prosesində uşaqlar proqramlaşdırma dilləri ilə tanış olacaqlar, 4 aylıq layihə çərçivəsində Scratch, 3D construct və game devolopment biliklərinə yiyələnəcəklər.
Layihənin təşkilatçıları: Mediaost Events und Kommunikation GmbH , Beynəlxalq Qadın və Sosial Sahibkarlığın İnkişafı Mərkəzi VEIA və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası
Layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir.