top of page

Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçirilib.



İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, AZPROMO, KOBİA, Rumıniyada yerləşən Covasna Kommersiya və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilmiş biznes forumda AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışında bildirib : Bu tədbir Rumıniya və Azərbaycan sahibkarları üçün təşkil etdiyimiz ikinci forumdur. Bu dəfə biz diqqətimizi Rumıniyanın iqtisadiyyatının ən perspektivli və inkişaf etmiş sahələrindən birinə - tekstil və tekstil məhsullarının istehsalı və ixracına yönəltmişik. Rumıniya yüksək keyfiyyətli tekstil məhsullarını Azərbaycan bazarına təqdim etməyə hazırdır. Əminəm ki, bu forum ölkələrimiz arasında işgüzar əlaqələrin inkişafına əlavə təkan verəcək və tekstil sənayesində ticarətin artmasına kömək edəcək. Eyni zamanda BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun layihələr icra edən assosiasiya bu cür tədbirlərin keçirilməsinə hər zaman dəstək göstərir.”


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Rumıniya ilə #biznes sahəsində əlaqələrin daha da genişləndirilməsi üzərində iş aparıldığını qeyd edib, #KOBİA-nın yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.


Bundan əlavə olaraq tədbirdə Milli Məclisin deputatı Musa Quliyev, Alman Azərbaycan Ticarət Palatasının nümayəndəsi Fabian Zittlau, Azərbaycan Milli Sahibkarlar Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov, Rumıniyanın Ticarət və Sənaye Palatasının nümayəndəsi Miklos Csaszar çıxış edib.


Forum B2B görüşlərlə davam edib.






0 views
bottom of page