top of page

Bakıda “47-ci Əl əməyi, göz nuru” sərgisi

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən təşkil olunan, Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereeotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramının dəstəyi ilə Bakıda AQSİA-nın kiçik sahibkarlarının əl işlərinin satışının keçirildiyi “47-ci Əl əməyi, göz nuru” sərgisi keçirildi.


6-7-8 mart tarixlərində keçirilən sərgidə əl işlərindən ibarət bijuteriyalar, toxunma məhsullar, çərçivələr, rəsm əsərləri, şam və bir sıra dekorativ hədiyyələrin satışı həyata keçirilib. Sərgidə açılış nitqində AQSİA İH sədri bildirib ki, assosiasiya olaraq hər il kiçik əl əməyinə dəstək xarakterli bu cür sərgilər keçiririk. Sərgidə qonaq olan millət vəkili Jalə Əhmədova da öz çıxışında bildirib ki, kiçik sahibkarların biznesinə dəstək məqsədilə keçirilən bu cür satış yarmarkaları qadın sahibkarlığına böyük töhfədir və təqdirəlayiqdir.



Sərgidə həmçinin BMT Əhali Fondunun layihə üzrə meneceri Səbinə Manafova da iştirak edib və bildirib ki, bölgələrdən və kənd yerlərindən kiçik sahibkarlıqla məşğul olan qadınların belə sərgilərdə iştirakı onların biznesini inkişaf etdirir, fəaliyyətlərini genişləndirir, bir-biri ilə əlaqə yaratmağa kömək edir.



Sərgiyə Qusar rayonundan gələn layihə benefisiarları üçün “xarıbülbül broşun hazırlanması” master-klassı keçirilib.

İştirak edən hər bir üzvümüzə, bizi dəstəkləyən tərəfdaşlarımıza və sərgiyə gələrək alış-veriş edən hər bir kəsə təşəkkürümüzü bildiririk.









1 view
bottom of page