top of page

Bakıda 2-ci “Aqrobiznesin inkişafı Forumu” keçirilib.

Updated: Mar 27

Bakıda keçirilən 2-ci “Aqrobiznesin inkişafı Forumu”-nda AQSİA İH sədri Səkinə Babayeva və bir sıra üzvlər iştirak edib.



Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı ilə təşkil olunmuş forumun məqsədi ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox sahibkarın faydalanması üçün lazımi addımları müzakirə etməkdir.

Dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin, biznes subyektlərinin iştirak etdiyi tədbirdə müxtəlif mövzularda panel müzakirələr təşkil olunub, aqrar sahənin inkişafına töhfə verən sahibkarlar mükafatlandırılıb.



1 view
bottom of page