top of page

Bakıda 15-ci Verona Avrasiya İqtisadi Forumu keçirilib.

Forumda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksey Overçuk, hər iki ölkənin iqtisadiyyat nazirləri Mikayıl Cabbarov və Maksim Reşetnikov, eləcə də digər yüksək vəzifəli şəxslər iştirak edib

Forumda qarşılıqlı iqtisadi əməkdaşlıq, nəqliyyat və iqtisadi məsələlər, eləcə də ölkələr qarşısında dayanan çağırışlar, qlobal problemlər və iqlim dəyişiklikləri, bu problemlərin həllində "yaşıl" texnologiyaların, rəqəmsallaşmanın rolu kimi məsələlər müzakirə olunub.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva da forumda iştirak etib.


0 views