OB dostu ilə birgə əməkdaşlıq çərçivəsində "Oğuz eli" layihəsinin təqdimat mərasimi keçirilib. AQSİA-nın Oğuz nümayəndəsi Aida Behbudova "Oğuz eli" layihəsinin ölkə iqtisadiyyatının, regionların iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına necə töhfə verə biləcəyini vurğulayaraq dövlət qurumlarını bu layihəyə birgə dəstəyə çağırdı.
Səkinə Babayeva "Oğuz eli" layihəsinin unikallığını, gələcəkdə regionda yaşayan assosiasiya üzvü qadın sahibkarlar üçün necə faydalı olacağı haqqında çıxış etdi. Bundan əlavə olaraq tədbirdə Şəki-Zaqatala Regional kordinatorluğun KOB dostu Elbrus İsgəndərov, Kənd Təsərrüfatı Nazirliyi, fermerlər, assosiasiyalar və Kooperativlərlə iş şöbəsi, Fermerlər və Asossasiyalarla iş sektorunun aparıcı məsləhətçisi Namiq Məhərrəmov, Şəki-Zakatala Regional Məşğulluq filialının şöbə müdiri İlham Mikayılov, AQTA nın nümayəndəsi Ayşə Məmmədova,Sahibkarlığın İnkişafı Fondundan Selcan Sərdarlı, Zaqatala-Balakən KOBİM direktoru İmam İmanlı və RabitəBank ASC, AcsessBank ASC,UniBank ASC nümayəndələri iştirak edib.
Comments