Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Türkiyə Palatalar və Birjalar...

Birliyininn birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan Sahibkar Qadınlar iş forumu İstanbulda baş tutdu.Fevral ayının 28-i İstanbulda qarşıdan gələn Dünya Beynəlxalq Qadınlar günü münasibəti ilə Türkiyə-Azərbaycan Sahibkar Qadınlar iş forumu həyata keçirilib.

Forum TOBB-un Mersin üzrə Qadın Sahibkarlar İdarə Heyətinin İcra Komitəsinin rəhbəri Ayla Harp, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayevanın sədrliyi ilə davam edib.


Daha sonra TOBB Sahibkarlıq üzrə Rəhbərliyin müxtəssəsi Ayla Harp TOBB-un qadın sahibkarlıqla bağlı fəaliyyətləri, AQSİA-nın Protokol Şöbəsinin rəhbəri Günay Həsənli isə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası fəaliyyəti və "Qarabağda Yarat" layihəsi haqqında geniş məlumat verib.


Forumda Azərbaycandan və Türkiyədən 100-ə yaxın iş qadını iştirak edib. İki ölkənin iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün qadın sahibkaların B2B görüşlərü təşkil olunub.







0 views
cropped-77.png
cropped-77.png