Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının növbəti işgüzar səhər yeməyi baş tutub.

Görüşdə millət vəkili Fatma Yıldırım və "Qanun" mühasibatlıq xidmətləri MMC-nin rəhbəri Xanoğlan Ramazanov və Bakıda səfərdə olan Türkiyəli iş xanımı Hülya Akkaya iştirak ediblər. Fatma Yıldırım iqtisadi sahədə qadınların güclənməsini, dövlətin bu istiqamətdə qadınlara olan dəstəyini vurğulayaraq, biznes sferasında günü-gündən qadınların sayının artmasını sevindirici hal sayıb. "Qanun" mühasibatlıq xidmətləri MMC-nin rəhbəri Xanoğlan Ramazanov isə sahibkar xanımlara mühasibatlıq xidmətləri ilə bağlı təlim xarakterli tövsiyyələrini verdi. Daha sonra sahibkarları maraqlandıran suallar cavablandırılıb.
