top of page

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi tərəfindən keçiri

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına əsasən Azərbaycanda 2022-ci il “Şuşa İli” elan edilmişdi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili”-nə həsr etdiyi xüsusi müsabiqəsinin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi tərəfindən keçiriləcək “Qarabağ incilərinin Avropa sədası” layihəsinə Parisdə start verilib.


Layihə eyni zamanda PAŞA Sığorta ASC, Azərbaycan Respublikasının Fransa Respublikasındaki səfirliyi, Azərbaycanın Fransadakı Dostları Assosiasiyası, Bakı Tekstil Fabriki MMC və K.Fabuel Moda Evinin tərəfdaşlığı ilə həyata keçirilir.

Səfərdə AQSİA İdarə Heyətinin sədri və üzvləri, Paşa Sığortanın İdarə Heyətinin sədri iştirak ediblər.

Heyət üzvləri 3 noyabr 2022-ci il tarixində bir sıra görüşlər keçirib.

Fransa Milli Assambleyasının deputatı Andre Vilye ilə "Qarabağ İncilərinin Avropa Sədası" adlı layihə müzakirə olunub.

AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva 44 günlük vətən müharibəsindən sonra işğaldan azad edilmiş Azərbaycan torpaqlarında aparılan iri miqyaslı bərpa və yenidən qurulma işləri barədə məlumat vermişdir.

Görüş zamanı dünyada, xüsusi ilə Fransada Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırlmasında "Qarabağ İncilərinin Avropa Sədası" kimi layihələrin əhəmiyyəti vurğulanmışdır. Öz növbəsində Fransalı deputat Andre Vilye Azərbaycan və Fransa arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün hazır olduğunu və milli-mənəvi dəyərlərə xidmət edən bu cür layihələrin hər zaman dəstəklənməsinin tərəfdarı olduğunu bildirib.

0 views