top of page
Writer's pictureAqsia Assosication

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanda..

Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin birgə təşkilatçılığı ilə 25 aprel - Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib. Dövlət Himni səsləndirildikdən, Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra çıxış edən natiqlər ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən, sahibkar qadınların fəaliyyətlərinin genişlənməsindən, milli brendlərin yaranmasının intensivliyindən bəhs ediblər.

Tədbirdə sahibkarlar, millət vəkilləri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, QHT sektorunun nümayəndələri, Qazaxıstanın Atameken təşkilatının nümayəndəsi Saltanat Abdikarimova

iştirak ediblər.

Tədbirdə həmçinin, AQSİA-nın üzvü olan sahibkarlara, bir sıra iştirakçıya və media nümayəndələrinə AQSİA-ya göstərilən dəstəyə görə təşəkkürnamələr təqdim olunub. Mərasim iftar süfrəsi ilə davam etdirilib.







0 views

Comentários


bottom of page