Azərbaycan Rektorlar Konfransının Yaradılması layihəsinin yekun hesabat konfransı keçirilib.
Layihənin yekun tədbirində Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov, layihə menecerləri Gülşən Bayramova və BBU-nun prorektoru Eşqin Bayramov ilə yanaşı Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli, Böyük Britaniyanın Middlesex Universitetinin əməkdaşı George Dafoulas, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birinci müşaviri, Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov, Lissabon Texniki Universitetindən insan resursları üzrə direktor Rui Mendes, Fransanın Beynəlxalq Təhsil Təşkilatından ali təhsil şöbəsinin rəhbəri Fatou Estule, Belçikanın EFMD akkreditasiya təşkilatının beynəlxalq layihələr üzrə direktoru Christophe Terrase və İsveçin Kral Texnologiya Universitetinin layihə meneceri Viktor Kordas da çıxış edərək layihə barəsində öz təəssüratlarını bölüşdülər.
Comments