“Assosiasiyanın komitələri və onların fəaliyyətinə ümumi baxış” mövzusunda təlim
2 mart 2023-cü il tarixində USAİD və AQSİA-nın birgə təşkilatçılığı ilə “Assosiasiyanın komitələri və onların fəaliyyətinə ümumi baxış” mövzusunda təlim baş tutmuşdur.

Qadın biznesinin təbliğatı üzrə məsləhətçi Kamelia Bulatın rəhbərliyi, AQSİA komissiya sədr və üzvlərinin fəal iştirak ilə baş tutan təlimin mövzusu komissiya missiyaları və vacibliyi, təşkilatın strateji məqsədi ilə komissiyaların uyğunluğu mövzularında olmuşdur.

Təlim zamanı Kamelia Bulat və AQSİA üzvləri mövzu ilə bağlı geniş fikir mübadiləsi aparmış və təlimin önəmi haqqında öz fikirlərini bildirmişdir.