AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin..
qonağı olub. "Gələcəkdə innovativ bizneslərin təşkilində gənclərin rolu" mövzusunda çıxış edən AQSİA rəhbəri gənclərin iqtisadiyyatın inkişafında rolunun artırılması üçün maarifləndirici fikirlər səsləndirərək gənclərin bu mövzuda suallarını cavablayıb.

Görüşdə həmçinin tələbələrin müəssisələrdə təcrübəyə cəlb olunması, şirkətlərin ehtiyac duyduqları kadrların hazırlanması sahəsində birgə işlərin təşkili, gənclərin startap ideyalarına dəstək verilməsi və digər əhəmiyyətli məsələlər müzakirə olunub.