top of page
Writer's pictureAqsia Assosication

AQSİA nümayəndə heyəti Vyetnama səfər edib.

8-15 may 2023-cü il tarixlərində Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri, "Bakı Tekstil Fabriki" MMC-nin təsisçisi xanım Səkinə Babayevanın rəhbərliyi ilə nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfransda iştirak və Azərbaycan-Vyetnam Qadınlarının Biznes Forumunun keçirilməsi məqsədilə Vyetnama səfər ediblər.



İlk öncə cari ilin 9 may tarixində Hanoy şəhərində Vyetnam Qadın Sahibkarlar Şurasının (VQSŞ) sədri xanım Nguyen Thi Tuyet Minh ilə AQSİA-nın İdarə Heyətinin sədri xanım Səkinə Babayevanın görüşü keçirildi. Görüşdə S.Babayeva VQSŞ sədrinə görüşün təşkili üçün təşəkkürünü bildirdi, Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulduğu vaxtdan ilk dəfə olaraq Azərbaycan-Vyetnam Qadınlarının Biznes Forumunun keçirilməsinin əlamətdar hadisə olduğunu və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “Məqsədlər üçün tərəfdaşlıq” bəndinə əsaslanan bu səfərin qadınların şəbəkələşməsi üçün uğurlu bir addım olduğunu söylədi. Öz növbəsində xanım T.Tuyet Minh Azərbaycanda müxtəlif sahələrdən olan sahibkar qadınlar ilə bir araya gələrək, hər iki ölkənin işgüzar qanınlarının fəaliyyətinin inkişafı məqsədilə imkanların araşdırılması və beynəlxalq əməkdaşlığın genişlənməsinin önəmindən danışdı. Daha sonra Vyetnam Ticarət və Sənaye Palatasında Azərbaycan nümayəndə heyəti ilə VQSŞ-nın rəhbər heyəti və üzvləri arasında geniş tərkibdə görüş keçirildi. Tədbiri giriş sözü ilə acan VQSŞ-nın sədr müavini xanım Mai Thi Dieu Huyen Azərbaycan nümayəndə heyətini salamlayaraq, Şura haqqında qonaqlara ətraflı məlumat vermiş, ölkəmiz ilə sahibkarlar arasında əlaqələrin yaradılması istiqamətində ilk dəfə olaraq belə bir görüşün keçiriməsinin əhəmiyyətini qeyd etdi.



AQSİA-nın İdarə heyətinin sədri xanım Səkinə Babayeva söz alaraq, Assosiasiyası haqda ətraflı məlumat vermiş, Vyetnama işgüzar səfərlərinin məqsədi və Azərbaycan-Vyetnam arasında əlaqələrin yaradılmasının vacibliyini vurğuladı. Daha sonra Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə bu görüşün təşkili üçün Vyetnam tərəfinə təşəkkürünü bildirərək, ölkələrimiz arasında inkişaf edən əlaqələr haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı.



Tədbirdə Azərbaycandan olan nümayəndə heyətindən səhiyyə, xidmət, təhsil, konsaltinq və kənd təsərrüfatının düyü istehsalı sahəsindən olan sahibkar qadınlar iştirak edib və AQSİA-nın Regionlarla İşin Təşkili Komissiyasının rəhbəri Kamalə Məmmədli , Xidmətlərin təşkili komissiyasının rəhbəri Aynur Hüseynova, Rəqəmsal Texnologiyalar komissiyasının rəhbəri Mədinə Paşayeva, həmçinin, aktiv üzvlərdən Pərvanə Mustafayeva, Aynur Musayeva və Pərvanə Axundova öz çıxışlarında Azərbaycan bazarında mövcud vəziyyət haqqında məlumat verərək, Azərbaycanın Vyetnam ilə potensial sahələri üzrə əməkdaşlıq barədə öz təkliflərini irəli sürdülər.



Daha sonra görüşdə iştirak edən qadın sahibkarlar fəaliyyətləri ilə bağlı bir-birini məlumatlandırıb, sahibkar qadınların şəbəkələşməsinə dəstək məqsədi ilə keçirilən bu görüşlərin onlar üçün çox faydalı olduğunu vurğuladılar. Sonda bu işgüzar görüşü xatirə fotosu ilə yekunlaşdırdılar.





0 views

Comments


bottom of page