AQSİA komandası 3 gün ərzində Nabran, Quba və Qusar rayonlarında işgüzar səfərdə olub.
Səfər çərçivəsində:
Aylıq və illik planlar hazırlanmış, məqsəd və hədəf qruplar müəyyən edilmiş, eləcə də həyata keçiriləcək layihələrin gedişatı müzakirə edilmişdir.
Regionlarda fəaliyyət göstərən qadın sahibkarlarla görüşlər keçirilmiş və onların sahibkarlıq subyektlərinin monitorinqi aparılmışdır.
Səfər,bölgələrdə dəyərli əlaqələrin qurulması və əhəmiyyətli məlumatların əldə edilməsi baxımından faydalı olmuşdur.
Comments