AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, Qazaxıstan Respublikasının ölkəmizdə fövqəladə və..
səlahiyyətli səfiri Serjan Abdıkarimov, Qazaxıstan Parlamenti Məclisinin üzvü Ləzzət Ramazanova, Qazaxıstan Respublikasının Sahibkarlar Palatasının rəsmi nümayəndəsi olan Saltanat Abdikarimova iştirakı ilə Qazaxıstanın Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində işgüzar görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində qadın sahibkarların rolunun artırılması müzakirə olunub.

AQSİA İdarə Heyəti sədri Səkinə Babayeva vurğuluyub ki, rəhbəri olduğu 7 türk dilli dövlətin "Qadın Sahibkarlar Komitə"-ində hər zaman Azərbaycan-Qazaxıstan arasında olan sıx işgüzar və dostluq əlaqələrinin qorunmasına və eyni zamanda inkişaf etdirilməsinə xüsusi diqqət göstərir.