AQSİA-da "Təlim və Konstaltinq" komissiyasının növbəti tədbiri keçirilib.

Karvannews.com xəbər verir ki, ilk öncə qonaqlar səhər yeməyinə dəvət ediliblər. Tədbirdə AQSİA-nın idarə heyətinin sədri Səkinə Babayeva çıxışında yeni üzvləri təqdim edərək, onlara uğurlar arzulayıb. Yeni qoşulan üzvlərə AQSİA-nın fəaliyyəti, məqsədi haqqında geniş məlumatlar verilib. Səkinə xanımın dəvəti ilə "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası"ndan Xarici ticarət və korporativ məsləhət xidmətlərinin sədri Atakan Yıldız və Kenan Oran da tədbirdə iştirak ediblər.


Komissiyanın üzvləri Hüquq bürosu MMC, Business Service Center, JSM Consulting, Y-Lex Consulting MMC, AftF Consulting şirkətləri də öz fəaliyyətləri, qanunvericilikdə yeni islahatlar barəsində informasiya veriblər.


Tədbir sual-cavablarla, bu ilin planları haqqında müzakirələrlə davam edib. Əsas məqsəd kimi komissiyanın üzvlərinin sayını artırmaq və asossasiyada olan xanım sahibkarlara müəyyən dəstəyin göstərilməsi barədə də danışılıb.


Qeyd edək ki, tədbirə fəxri qonaqlar “AccessBank” və "Atəşgah" Sığorta dəvət olunmuşdur.

Xatırladaq ki, AQSİA Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi, ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə 2017-ci il oktyabrın 26-da təsis olunub. 2017-ci il dekabrın 22-də isə dövlət qeydiyyatına alınıb. Ölkə rəhbərliyinin tövsiyyəsi ilə təsis olunan qurumun əsas məqsədi ölkədə qadın sahibkarlığının inkişafına dəstək olmaqdır. AQSİA bu günə qədər bir çox uğurlu yerli və beynəlxalq layihələri icra edib.




0 views

I'm a paragraph. Click here to add your own text and edit me. It's easy.

jbv,jhvkjhv

290903561_571264017714117_1241287573426476825_n.jpg