top of page
Writer's pictureAqsia Assosication

AQSİA və Narjih Gallery-nin birgə əməkdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir

AQSİA və Narjih Gallery-nin birgə əməkdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir təşkil olunub.

 Tədbirdə müxtəlif yaş qruplarını əhatə edən daun sindromlu uşaqlar, onların valideynləri, AQSiA-nın nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva tədbirin əhəmiyyətini və bu uşaqların gələcəyinin parlaq olmasında ictimaiyyətinin rolunun artırılmasının vacib olduğunu bildirib. Daha sonra AQSİA-nın fəal üzvü, Mini Bambini uşaq bağçasının direktoru Pərvanə Mustafayeva çıxış edərək uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulayıb.

Tədbir Narjih Gallery, Mazarina, Şoki Moki, http://xn--lzzt-v6bc.al/ şirkətlərinin birgə sponsorluğu ilə təşkil olunub.



Comments


bottom of page