AQSİA Türkiyənin Antalya şəhərində keçirilən TEMET-2023 forumunda.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva və bir sıra üzvlər Türkiyənin Antalya şəhərində keçirilən TEMET-2023 foruma qatılıb.

TEMET-2023 - Türkiyə ilə Avropa və Afrika ölkələri arasında sağlamlıq turizmi mobilliyini təmin etmək, ölkələr arasında sağlamlıq turizmi, xidmət və fəaliyyətləri təşviq etmək və bu sahədə beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə qurulmuş bir təşkilatdır. Məqsəd Türkiyənin sağlamlıq turizmindəki güclü infrastrukturunu Avropa və Afrika ölkələri başda olmaqla bütün dünya ölkələrinə tanıtmaq və yeni işbirlikləri inkişaf etdirməkdir.


AQSİA tərəfindən təşkil olunan , BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “Dayanıqlı inkişaf naminə tərəfdaşlıq” bəndinə əsaslanan bu səfərdə Gülər Cəfərova, cərrah mama-ginekoloq Ləman Əliyeva , professor, tibb elmləri üzrə fəlsəfə doktoru , cərrah mama-ginekoloq Əziz Rəfibəyli, klinik-psixoloq Nuriyyə Quliyeva və dietoloq Ülkər Müslümova iştirak edib.

