top of page

AQSİA ofisində əl əməyi ilə məşğul olan xanımlarla görüş keçirildi.

AQSİA ofisində əl əməyi ilə məşğul olan xanımlara maliyyə savadlılığının artırılması, məhsullarının yerli və xarici bazara çıxarılması, həmçinin AQSİA-nın saytında yerləşən mağaza bölməsindən öz məhsullarını yerləşdirib mütəmadi satışla məşğul olmaları barədə məlumat verildi.


Görüş zamanı aqsia.az saytı üzərindən satışı təmin etməklə bağlı xanımlara texniki dəstəyin göstərilməsi həyata keçirildi, onların təklifləri dinlənilib, sualları cavablandırıldı.



Qeyd edək ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası olaraq hər zaman BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17-ci , yəni,“Məqsədlər üçün tərəfdaşlıq” bəndinə sadiq qalaraq, xanımların netvörkinq imkanlarının artırılması üçün mütəmadi görüşlər keçiririk.

0 views
bottom of page