AQSİA-nın Uzaq Şərqdən tərəfdaşları Bakıdadır.Aprelin1-də Azərbaycanda Qadın Sahibkarlığının..
İnkişafı Assosiasiyasının üzvü olan xanım sahibkarların Yaponiya iş xanımları ilə görüşü keçirilib. Bildirilib ki, yapon xanımların Azərbaycana səfərinin məqsədi, öz brendlərinin ölkəmizdə və Azərbaycan üzərindən başqa türk, islam ölkələrinə təqdim etmək və satışını təmin etməkdir: "Azərbaycanda araşdırma aparıb, investisiya mühitini öyrənmək məqsədilə TET Beynəlxalq Əməkdaşlıq şirkətinin vasitəsilə hazırda Azərbaycandadırlar.

Eyni zamanda ölkələrimiz arasında əməkdaşlığa töhfə vermək üçün Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə əməkdaşlıqda maraqlıdırlar".

Daha sonra tədbirin xüsusi qonaqları, Azərbaycana səfər etmiş Yaponiyanın "Organic Halal VKSARA" kosmetik brendinin sahibləri Yumiko Nakano, Riqia Nakano çıxış edərək sahib olduqları kosmetik brendi Azərbaycan xanımlarına tanıtmaq istədiklərini bildiriblər.

İşgüzar səhər yeməyindən sonra qonaqlara AQSİA adından İdarə Heyətinin sədri Səkinə Babayeva hədiyyələr təqdim edib. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.