top of page
Writer's pictureAqsia Assosication

AQSİA-nın təşkilatçılığı ilə “İqtisadiyyatda Həmrəy Qadınlar” adlı korporativ səhər yeməyi keçirildi

150 nəfər iştirakçı şəhid və qazi ailələrinə dəstək üçün AQSİA-nın təşkilatçılığı ilə “İqtisadiyyatda Həmrəy Qadınlar” adlı korporativ səhər yeməyində toplaşdılar.

Sözügedən tədbir zamanı açılış nitqində AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib ki, dövlət başçımız tərəfindən şəhid və qazi ailələrinə yüksək etimad göstərilir və biz də öz növbəmizdə onların iqtisadi rifahının artırılması üçün bu cür korporativ tədbirlər keçirməkdə maraqlıyıq.


Tədbir zamanı şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçılarına psixoloji seans və meditasiya tətbiq edilib və köhnə ilin iqtisadi və mənəvi yükünün azaldılması ilə bağlı terapiya edilib.



İqtisadiyyatda Həmrəy Qadınlar adlı bu layihə çərçivəsində AQSİA üzvləri tərəfindən toplanan maliyyə yardımı vasitəsilə 3 şəhid və qazi ailəsinin sahibkar olaraq formalaşmasına dəstək üçün avadanlıqla təmin edilib

Həmçinin, bir sıra qazi və şəhid ailəsindən olan xanımların işlə təmin olunması üçün onların işə müraciət CV-ləri tədbirdə iştirak edən qonaq sahibkarlara təqdim edildi və dəyərləndirilməyə alındı.

Qeyd edək ki, “İqtisadiyyatda Həmrəy Qadınlar” adlı bu layihə davamlı olaraq hər ay keçiriləcək


1 view

Commentaires


bottom of page