AQSİA-nın təşkilatçılığı ilə gənc qadın sahibkarların görüşü keçirildi.
Görüş zamanı AQSİA-nın Xidmət komissiyasının rəhbəri Aynurə Hüseynova, Rəqəmsal Texnologiya komissiyasının rəhbəri Mədinə Paşayeva və Marketinq komissiyasının rəhbəri Xəyalə Mütəllimova da iştirak edib və gənc sahibkarlara assosiasiyamız haqda ətraflı məlumat verərək, onları komissiyaların işi ilə yaxından tanış edib.

Görüşdə iştirak edən qadın sahibkarlar fəaliyyətləri ilə bağlı bir-birini məlumatlandırıb sahibkar qadınların şəbəkələşməsinə dəstək məqsədiylə keçirilən bu görüşlərin onlar üçün çox faydalı olduğunu vurğulayıblar.

Qonaqpərvərliyə görə @emirgansutisaz kollektivinə təşəkkür edirik .