top of page

AQSİA-nın üzvü Mədinə Paşayevanın təsisçisi olduğu "Maestro School" proqramlaşdırma məktəbinin..

açılışı olub. Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva, AQSİA üzvləri, millət vəkili Etibar Əliyev, təhsil eksperti Kamran Əsədov, 45 saylı məktəbin direktoru Nəcibə Axundova, KOBİA təmsilçiləri və digər ziyalılar, ictimai xadimlər, valideyn və şagirdlər iştirak ediblər. Assosiasiyanın rəhbəri Səkinə Babayeva qeyd edib ki, bir vaxtlar ailələr, atalar qızlarını müəllim görmək istəyirdilər: "Amma bu gün qızlarımız sadəcə müəllim olaraq təhsil vermir.

Həm də təhsil sahəsində sahibkar kimi özlərini təsdiq edirlər. Assosiasiyamızın yaratdığı bu ənənəni üzvlərimiz olan gənc xanımlar uğurla davam etdirirlər".


Digər iştirakçılar da çıxış edərək Mədinə Paşayevaya uğurlar arzulayıblar.







1 view