AQSİA Mingəçevir Dövlət Universitetinin koordinatorluq etdiyi beynəlxalq layihənin tərəfdaşı oldu.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Mingəçevir Dövlət Universitetinin koordinatorluq etdiyi beynəlxalq layihənin tərəfdaşı oldu.

Mingəçevir Dövlət Universitetində (MDU) koordinatoru olduğu “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (Enhancing Sustainable Entrepreneurial Ecosystem in Higher Education of Azerbaijan - ENGAGE) mövzusunda Erasmus+ layihəsinin açılış mərasimi keçirilib.
Layihənin koordinatoru qismində İtaliyanın Floggia Universiteti (UNIFG) çıxış edəcək. Layihənin tərəfdaşları arasında Azərbaycandan MDU, Latviyadan RISEBA Tətbiqi Elmlər Universiteti, Ukraynadan Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti (KNUTD), Sosial və İqtisadi Təşəbbüslər İnstitutu (ISEI) və Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi (KETYC) yer alıb.
Layihənin əsas məqsədi virtual mübadilə texnologiyalarından istifadə yolu ilə biznes üzrə bilikləri Avropa İttifaqından Ukrayna və Azərbaycan gənclərinə ötürməkdir.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası layihənin tərəfdaşlarından biridir.
