AQSİA ilə Qazaxıstanın “Dayanıqlı inkişaf və qadın sahibkarlığının dəstəyi fondu" arasında
imzalanıb Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nümayəndə heyəti Nur-Sultanda keçirilən ECOJER - "Green Life Better" illik beynəlxalq konqresində iştirak edib.

Tədbir ECOJER Assosiasiyası, Qazaxıstan Respublikasının Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), BMT-nin Qazaxıstandakı İnkişaf Proqramı və BMT-nin Qadınlar Təşkilatının dəstəyi ilə təşkil olunub.

Konqresdə TÜRKPA üzv parlamentlərinin nümayəndə heyətləri, Özbəkistan Ali Məclisinin Senatı və Qanunvericilik Palatasının üzvləri, diplomatik korpusun nümayəndələri, eləcə də BMT və QHT-lərdən olan nümayəndələr iştirak ediblər.
Qazaxıstan Parlamentinin deputatı Ləzzət Ramazanova tərəfindən dəvətdə iştirak edən AQSİA-nın sədri Səkinə Babayeva çıxışında iki ölkənin və bütün türkdilli xalqların birgə əməkdaşlığının gündən-günə daha çox inkişaf etdiyini və bu istiqamətdə Türk Qadın Sahibkar Komitəsinin böyük işlər görəcəyini vurğulayıb.

Səkinə Babayeva qeyd edib ki, bütün dünyada iqlim dəyişikliyinin təsiri gender bərabərsizliyini artırdığına görə bu gün biz inkişaf strategiyalarımızı yenidən nəzərdən keçirməli, təbiətə təzyiq etmədən gələcək qurmalı və təbii həllərə sərmayə qoymalıyıq.

Tədbirdə AQSİA-nın İnnovasiyalar üzrə komitə rəhbəri, "Maestro"nun direktoru Mədinə Paşayeva “Dayanıqlı inkişaf məqsədlərinin təşkilatlarda tətbiqi və bu prosesə rəqəmsal texnologiyaların təsiri” adlı paneldə çıxış edib.

Tədbirdə AQSİA-nın İnnovasiyalar üzrə komitə rəhbəri, "Maestro"nun direktoru Mədinə Paşayeva “Dayanıqlı inkişaf məqsədlərinin təşkilatlarda tətbiqi və bu prosesə rəqəmsal texnologiyaların təsiri” adlı paneldə çıxış edib.