AQSİA ilə Oba Marketlər Şəbəkəsi arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən keçirilən "Üfüqdə Yeni Fürsətlər : Qadın Sahibkarlara Yaşıl İşıq" adlı V forumda AQSİA ilə Oba Marketlər Şəbəkəsi arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.

Memoranduma əsasən AQSİA üzvü olan evdəməşğul və qadın sahibkarların Bakı və regionlarda yerləşən OBA Marketlərdə öz məhsullarının satışının təmin edilməsi və qadın işçi qüvvəsinin formalaşması üçün təlim-tədris prosesinin AQSİA tərəfindən aparılması nəzərdə tutulub.
