top of page

AQSİA ilə GİKAD arasında görüş















Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri Şimali Kipr Türk Respublikasında səfərdədir. Səfər çərçivəsində AQSİA ilə GİKAD arasında görüş keçirilib. Görüşün əsas məqsədi iki dövlət arasında sahibkarlıq əlaqələrinin qurulması və genişləndirilməsi olub. Görüşdə İdarə Heyətinin sədri Səkinə Babayeva və Assosiasiyanın 22 üzvü, Kiprli sahibkar qadınlar, həmçinin GİKAD İdarə Heyətinin sədri İçim Kavuklu iştirak ediblər. İçim Kavuklu tərəfindən Şimali Kiprin tarixi, mədəniyyəti, təhsili, səhiyyəsi və qadın sahibkarlığı ilə bağlı geniş məlumat verilib. Tədbirə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi də qatılıb.



















Agentliyin təmsilçisi Nigar Ağakişiyeva “Ananın yaylığı” adlı layihəni tədbir iştirakçılarına təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 3096 N- li “Şuşa ili” sərəncamı əsasında “Qarabağ incilərinin Avropa Sədası” adlı layihəsinin təqdimatı keçirildi. Qeyd edək ki, sahibkar qadınlar arasında sahəvi ( kənd təsərrüfatı, xidmət, sənaye, elm, informasiya texnologiya, qida və s.) B2B görüşlər də keçirilib. Sonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri, azərbaycanlı professor Aygün Attarın 44 günlük müharibə ilə bağlı ərsəyə gətirdiyi “Qarabağın Zəfəri” adlı kitabı GİKAD arxivinə hədiyyə edilmişdir.

0 views