top of page

AQSİA İH sədri Səkinə Babayeva Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan Regionlararası Forumunda

AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan Regionlararası Forumunda iştirak edib.


Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.


Forumun açılış mərasimində Özbəkistanın xarici işlər naziri Baxtiyor Sayidov dövlət başçılarının əlaqələrin inkişafına göstərdikləri diqqətin tərəfdaşlığımızın siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə genişlənməsində güclü stimul olduğunu vurğulayıb. Bunun nəticəsidir ki, hazırda energetika, avtomobilqayırma, nəqliyyat, kənd təsərrüfatı, neft-kimya kimi sahələrdə birgə layihələr uğurla icra olunur. Bugünkü Forum da əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli olacaqdır.



AR İqtisadiyyat naziri Mikayıl Cabbarov yüksək səviyyəli Azərbaycan-Özbəkistan münasibətlərini, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların, keçirilən görüş və tədbirlərin önəmini diqqətə çatdırıb.



Öz çıxışında AQSİA İH sədri Səkinə Babayeva assosiasiyamızın Özbəkistanla bağlı fəaliyyəti haqda ətraflı məlumat verib, həmçinin hər iki ölkənin qadın sahibkarlarının qarşılıqlı maraqlarından bəhs edib. Həmçinin bildirib ki, tərəfimizdən 3 fəaliyyət növü üzrə - 1- zərgərlik məhsulları üzrə satışın genişləndirilməsi, 2- tekstil məhsulları üzrə təcrübənin genişləndirilməsi, 3- assosiasiyalar arasında institusionallaşmanın gücləndirilməsinə yönələn tədbirlər planı müzakirə edilir.



1 view
bottom of page