top of page

AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva Sədaqət Qəhrəmanova ilə görüşüb.

AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ilə görüşüb.


Görüş zamanı qadın sahibkarlara və ümumilikdə assosiasiyamıza göstərdiyi dərin etimada və dəstəyə görə təşəkkür edib, bu il ərzində AQSİA-nın böyük layihələrindən biri olan "Qarabağ İncilərinin Avropa Sədası" adlı layihəmizin kitabını təqdim edib. Həmçinin 5 illik fəaliyyətimiz çərçivəsində uğurlu tərəfdaşlığa görə təşəkkür məqsədiylə pilaket təqdim edib.


AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya qadın sahibkarlara və ümumilikdə assosiasiyamıza göstərdiyi dərin etimada və dəstəyə görə təşəkkür edib, həmçinin 5 illik fəaliyyətimiz dövründə uğurlu tərəfdaşlığa görə və sözügedən qurumun assosiasiyamızın yaranmasında və fəaliyyəti dövründə daim dəstək olduğu üçün təşəkkür məqsədiylə pilaket verib.

0 views
bottom of page