top of page

AQSİA İctimai Birliyi tərəfindən icra olunan "Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəs

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamı ilə bu il Azərbaycanda “Şuşa İli” elan edilmişdi.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi -nin “Şuşa İli”-nə həsr etdiyi xüsusi müsabiqənin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi tərəfindən icra olunan "Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində Parisdə növbəti görüş baş tutub.

Azərbaycanda Qadın Sahibkarlığının inkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri, üzvləri, PASHA Insurance İdarə Heyətinin sədri və nümayəndəsi , Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Parlamentinin sabiq üzvü Jerom Lamber, Paris-Azərbaycan evinin prezidenti Mirvari Fətəliyeva arasında görüş keçirilib.

Görüşdə AQSİA sədri Səkinə Babayeva layihənin icrasından və mili dəyərlərimizin Avropada xüsusi diqqət görməsindən bəhs edib. Layihənin Qarabağın tarixinin qədimliyini əks etdirdiyini xüsusi vurğulayıb.

Jerom Lamber layihənin uğurlu nəticələrinin bütün Avropaya səs salacağından əmin olduğunu bildirərək, təşkilati dəstəyin göstərilməsindən və iki assosiasiyanın əməkdaşlığından məmnunluğunu qeyd edib. Görüşdə "Şuşa ili" çərçivəsində "Qarabağ İncilərinin Avropa Sədası" layihəsinin təşkilatçılıq və maliyyə məsələlərində Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasına, Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti, Bakı Tekstil Fabriki MMC və K.Fabuel Moda Evinin də dəstək rolu vurğulanıb.


0 views