top of page

AQSİA üzvü, BSC consulting artıq Gəncə şəhərində də fəaliyyət göstərəcək.

Gəncə şəhərində regionda fəaliyyət göstərən iş adamları, AQSİA üzvü olan qadın sahibkarlar və AQSİA-nın Gəncə, Şəmkir və Tovuz nümayəndəliklərinin iştirakı ilə sahibkarlıq fəaliyyətində hüquq, maliyyə-mühasibatlıq, kadr sənədləşməsinin qanunvericiliyin tələbinə uyğun aparılması mövzusunda BSC consulting şirkətinin ekspert mütəxəssisləri ilə görüş keçirildi.



AQSİA üzvü, BSC consulting-in direktoru Venera xanım Mütəllimovanın təşəbbüsü ilə keçirilən bu görüşdə sahibkarlara onların fəaliyyət sahələrinə aid olan hüquq, maliyyə- mühasibatlıq ,kadr sənədləşməsi, insan resurslarının idarəedilməsi, xidmət və məhsulların satışı prosesində sənədləşmələrin qanunvericiliyin tələbinə uyğun aparılmasının vacibliyi haqda məlumatlar verildi və sahibkarların bu mövzularla əlaqədar yaranmış sualları cavablandırıldı.




0 views
bottom of page