“Aqrobiznes: yeni imkanlar və müasir çağırışlar” mövzusunda ictimai müzakirə təşkil olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Aqrobiznes: yeni imkanlar və müasir çağırışlar” mövzusunda ictimai müzakirə təşkil olunub.


Sözügedən müzakirədə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva və bir sıra AQSİA nümayəndələri də iştirak edib. Səkinə Babayeva ailə-kəndli təsərrüfatı, regionda qida saxlanclarının artırılması, yaşıl iqtisadiyyatın qorunmasında kənd yerlərində aparılacaq işlərin əhəmiyyəti haqqında çıxış edib.


Tədbirdə aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl qurumların, biznes assosiasiyaların təmsilçiləri iştirak edib, sahibkarların sektorun inkişafına dair təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların sualları cavablandırılıb.