“ WEP” layihəsinin bağlanış mərasimi keçirilib
Updated: 4 days ago
“Aqrar Sahədə Qadınların İqtisadi Güclərinin Artırılması – WEP” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, ekspetlər, o cümlədən qadın fermerlər iştirak edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan hökuməti arasında Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində icra edilən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən həyata keçirilən layihənin məqsədi kənd qadınlarının aqrar məlumatlara, bilik və bacarıqlara, maliyyə resurslarına, və bazarlara çıxışının yaxşılaşdırılmasıdır.
Mərasimdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva da iştirak edib.
