“AKİAB” qadın sahibkarlar ilə birlikdə
“AKİAB” qadın sahibkarlar ilə birlikdə kənd təsərrüfatı və aqrar inkişaf mövzularının müzakirə olunduğu masada bir araya gəlib.

Görüşdə kənd təsərrüfatı və aqrar sahənin müxtəlif nümayəndələri iştirak etdilər. Görüşdə, həmçinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın sahibkarlar da iştirak edib.

Bu sahənin ölkəmizdəki gələcəyi haqqında və qarşılıqlı fayda verəcək məlumatlar paylaşıldı.